Bakıda bayram yarmarkaları nə vaxta qədər fəaliyyət göstərəcək?
Operativ Media
Xəbər verdiyimiz kimi, Bakının mərkəzində “Tarqovı” kimi tanınan ərazidə, eləcə də Bakı bulvarında Novruz bayramı münasibətilə yarmarkalar təşkil olunub.
Operativ Media xəbər verir ki, Fəvvarələr meydanında baş tutan yarmarka aprel ayının 13-nə, Bakı bulvarında baş tutan yarmarka isə aprel ayının 15-nə kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar keçirilən yarmarkalarda ziyarətçilər müxtəlif milli şirniyyatlar, əl işləri, suvenirlər, bayram atributları və digər maraqlı məhsullarla tanış ola, həmçinin əyləncəli proqramlardan yararlana bilərlər.