Menyu

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,4 faiz artıb

Operativ Media
Naxçıvanda vergi ödəyicilərinin sayı 7,4 faiz artıb

Matın 1-nə 01.03.2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 54.869 vergi ödəyicisinin 94.7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Operativ Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin sayı isə 5 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz artaraq 1.815 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 84,1 faizi elektron, 15,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.


Əlaqəli Xəbərlər