Menyu

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin öldüyü, həyat yoldaşı, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli bildirib.

O bildirib ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, istintaq aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər