23 Mart 2023, 07:01
Ronaldo: "Arzum Portuqaliyanı ən yüksək səviyyəyə çatdırmaqdır"
Ronaldo: "Arzum Portuqaliyanı ən yüksək səviyyəyə çatdırmaqdır" şəkil
Ronaldo: "Arzum Portuqaliyanı ən yüksək səviyyəyə çatdırmaqdır"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Qətərdəki DÇ-2022-dən sonra yığmadakı karyerasını başa vurmaq istəyib.

"Operativ Media" "Record"a istinadən xəbər verir ki, bu haqda 38 yaşlı hücumçu özü danışıb. O, millidən ayrılmağı düşündüyünü, daha sonra fikrini dəyişdiyini deyib: 

"Mən yalan danışmayacağam. Həyatda bütün qərarlar ölçülməlidir. DÇ-2022-dən sonra millidən getmək istəyirdim. Mən və ailəm bu barədə düşündük. Amma sonra belə bir qənaətə gəldik ki, çətinliklərə baxmayaraq, təslim olmamalıyıq. Vəziyyətə müxtəlif nöqteyi-nəzərdən baxa bildim. Mən çox şey öyrəndim və qayıtdığım üçün şadam.

Məşqçi mənə güvəndiyini açıq şəkildə bildirdi. Mən həmişə oynamaq istəmişəm. Başa düşdüm ki, milliyə verəcək bir şeyim var. Mən bunu hiss edirəm. Arzum Portuqaliyanı ən yüksək səviyyəyə çatdırmaqdır".

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.

Son xəbərlər
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb
Pezeşkian: Kimi günahlandıracağımı bilmirəm
"Qalatasaray" "Antalyaspor"u 4 qolla məğlub etdi
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Suriyanın yeni lideri Konstitusiya layihəsini imzalayıb
Stiven Dauti: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır
Zelenski: Putin atəşkəs istəmir
Azərbaycan güləşçisi Avropa çempionu oldu