Menyu

Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Redaksiya
Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli miqdarda narkotik maddə olan "metamfetamin", "heroin",  "tiryək" və "marixuana" aşkar edilərək götürülüb. 
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr vasitəsilə İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər