Menyu

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Redaksiya
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Martın 22-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər