http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

De Byazi: "Sabah əsas heyətdə gənc qapıçı ola bilər"

23 Mart 2023 , 23:40
De Byazi: "Sabah əsas heyətdə gənc qapıçı ola bilər"

Azərbaycan milli komandası sabah Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriyanın qonağı olacaq.

"Operativ Media" xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:

- Avstriya millisinin heyətində David Alaba və Marko Arnautoviç oynamayacaq. Bunun matça təsiri necə olacaq?

- Avstriya yaxşı təşkilatlanmış komandadır. Son matçlarda yaxşı nəticə göstəriblər. Xüsusən də İtaliyaya qarşı. İkisi də vacib oyunçulardır. Amma Avstriyanın onlardan başqa da yaxşı futbolçuları var.

- Bədavi Hüseynovla Mahir Emrelinin yoxluğunun təsiri necə olacaq?

- Bu cür oyunlarda hamı hazır olmalıdır. Bizim B planımız var. Mahir Emreli bizimlə bir gün məşq etdi. Onun fiziki problemləri oldu. 10-15 gün məşq edə bilməyəcək. Qapıçımız Şahruddin Məhəmmədəliyev də zədəlidir. Onun yoxluğu bizim üçün ciddi itkidir. Sabah əsas heyətdə gənc qapıçı ola bilər.

- Rəqib baş məşqçi bildirdi ki, Azərbaycan topla oynamağı yaxşı bacaran komandadır. Millimiz son matçlarda göstərdiyi oyunu sabah da göstərə biləcək?

- Meydanda maksimumumuzu etməyə çalışacağıq. Rəqibin keyfiyyətli, güclü futbolçuları var. Ən əsası özünəinamdır. Son oyunlarda olduğu kimi davam edib, yaxşı nəticə qazanmaq istəyirik.

- Qrupu necə dəyərləndirirsiz?

- Belçika qrupun ən güclü komandasıdır. İkinci, üçüncü isə Avstriya ilə İsveçdir. Biz dördüncü hesab olunuruq. Amma hələ heç nə bilmək olmaz. Biz sabah qəlib gələ də bilərik.

- Sabahkı oyun üçün hansı planınız var?

- Yaxşı komandamız var. Uzun müddətdir futbolçular bir yerdə oynayırlar, bir-birilərini başa düşürlər və mənim istədiklərimi edirlər. Əslində futbol asan oyundur, sadə oynamaq lazımdır. Qeyri-adi heç nə yoxdur.

OXŞAR XƏBƏRLƏR
İtaliya Kuboku: "Atalanta" finala yüksəldi

İtaliya Kuboku: "Atalanta" finala yüksəldi

Ürfan Abbasov 300-ə çatdı

Ürfan Abbasov 300-ə çatdı

Azərbaycan Kuboku: "Qarabağ" finala yüksəldi

Azərbaycan Kuboku: "Qarabağ" finala yüksəldi

XƏBƏR LENTİ
  • 07:11

    Rusiya məhkəməsi “JPMorgan”ın 439,5 milyon dollarına həbs qoyub
  • 06:51

    İtaliya Kuboku: "Atalanta" finala yüksəldi
  • 06:47

    Ceyk Sallivan: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
  • 06:15

    Rusiyanın müdafiə naziri müavinini vəzifəsindən uzaqlaşdırıb
  • 05:55

    Macarıstanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb
    Macarıstanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb
  • Dünən
    23:44

    Ürfan Abbasov 300-ə çatdı
  • Dünən
    23:32

    Çin səfirliyi: Vaşinqtonun ABŞ-də TikTok-u qadağan etmək qərarını quldurluğa bənzəyir
  • Dünən
    23:15

    Estoniya XİN Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasını alqışlayıb
Menyu