Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə H, C və J qrupunun oyunları keçirilib.
C qrupunda çempionatın son qalibi İtaliya ilə İngiltərə yığması üz-üzə gəlib. Görüş ingilislərin qələbəsiylə başa çatıb.
F qrupunda yer alan Azərbaycan millisi ilk oyununa sabah çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Avstriya ilə qarşılaşacaq.
Avro-2024
Seçmə mərhələ, ilk tur
23 mart
H qrupu
Qazaxıstan - Sloveniya - 1:2
Qollar: M.Samorodov, 24 - D.Brekalo, 47, Z.Vipotnik, 78
Danimarka - Finlandiya - 3:1
Qollar: R.Hoylund, 21, 82, 90+3 - O.Antman, 53
San Marino - Şimali İrlandiya - 0:2
Qollar: D.Çarlz, 24, 55
Xal durumu: Danimarka - 3, Şimali İrlandiya - 3, Sloveniya - 3, Qazaxıstan - 0, Finlandiya - 0, San Marino - 0
C qrupu
İtaliya - İngiltərə - 1:2
Qollar: M.Retegi, 56 - D.Rays, 13, H.Keyn, 44 (pen.)
Şimali Makedoniya - Malta - 2:1
Qollar: E.Elmas, 66, D.Çurlinov, 72 - Yannik, 86
Xal durumu: Şimali Makedoniya - 3, İngiltərə - 3, Ukrayna - 0, İtaliya - 0, Malta - 0
J qrupu
Bosniya və Herseqovina - İslandiya - 3:0
Qollar: R.Kruniç, 14, 40, A.Dediç, 63
Portuqaliya - Lixtenşteyn - 4:0
Qol: J.Kanselo, 8, B.Silva, 47, K.Ronaldo, 51 (pen.), 63
Slovakiya - Lüksemburq - 0:0
Xal durumu: Portuqaliya - 3, Bosniya və Herseqovina - 3, Slovakiya - 1, Lüksemburq - 1, İslandiya - 0, Lixtenşteyn - 0