Menyu

Oğurluq maddəsi ilə axtarışda olan şəxs saxlanılıb

Redaksiya
Oğurluq maddəsi ilə axtarışda olan şəxs saxlanılıb
1 dəq oxu

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib. 
Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Əlaqəli Xəbərlər