İsveç - Azərbaycan oyununu qadın hakim idarə edəcək
Redaksiya
İsveç və Azərbaycan milli komandaları arasında Solna şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu Fransadan olan qadın hakimə tapşırılıb.
"Operativ Media" xəbər verir ki, Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.
Martın 27-də "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net