"Araz- Naxçıvan" klubunun futbolçusu Orxan Əliyev Avstriya - Azərbaycan oyunu haqqında danışıb.
"Operativ Media"ya açıqlama verən futbolçu baş məşqçinin seçiminin doğru və ya yalnış olduğunu seçmə mərhələ matçlarından sonra bilinəcəyini bildirib
"Azərbaycan millisinin qələbə qazanmasını istəyirəm. Baş məşqçinin futbolçu seçimi haqqında nəsə demək istəmirəm. Əgər millimiz qələbə qazansa, deməli, baş məşqçi doğru seçimlər edib".
19 qolla 1-ci Divizionda bombardir olan futbolçu "De Byazidən dəvət gözləyirdinizmi?" sualına,
"Hal-hazırda buna fikir vermirəm. Diqqətimi öz işimə verib daha çox qollar vurmalıyam. Daha yaxşı formaya gəldikdən sonra bu haqda düşünmək olar"- deyə cavab verib.