Ötən ay Ağdaşda itkin düşən şəxsin su kanalından meyiti tapılıb
Redaksiya
Ötən ayın 23-də itkin düşən 1963-cü il təvəllüdlü Ağdaş şəhər sakini Rəcəbov Comərd Musa oğlunun meyiti bu gün günorta saatlarında Göyçay rayonunun Mirzəhüseynli kəndi ərazisindən keçən su kanalında aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:
"Ötən ay Ağdaşda itkin düşən şəxsin su kanalından meyiti tapılıb"