Qurban Qurbanov komandaya 4 futbolçu dəvət edib
Əziz Əzizli
Qarabağ"ın 10 futbolçusu milli komandalara dəvət aldığından "Qalatasaray"la keçiriləcək xeyriyyə matçı üçün Ağdam təmsilçisinə "Zirə" və "Şamaxı"dan 4 futbolçu cəlb olunub.
"Operativ Media" xəbər verir ki, "Zirə"dən qapıçı Anar Nəzirov və haitili müdafiəçi Donald Gerye, "Şamaxı"dan isə müdafiəçilər Rauf Hüseynli ilə Nihad Quliyev komandaya cəlb olunub.
Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net