Menyu

Qarabağ Universitetinin tələbələri beynəlxalq məhkəmə müsabiqələrində iştirak edir - FOTOLAR

Operativ Media
Qarabağ Universitetinin tələbələri beynəlxalq məhkəmə müsabiqələrində iştirak edir - FOTOLAR

Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrindən ibarət iki komandası dünyanın ən nüfuzlu beynəlxalq məhkəmə müsabiqələrində universiteti təmsil edir.

Operativ Media xəbər verir ki, komandalardan biri Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edir. Hər il 100-dən çox ölkədən təxminən 700 hüquq fakültəsinin qatıldığı bu mötəbər müsabiqədə Qarabağ Universiteti 6 tələbə ilə təmsil olunur. Müsabiqə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (International Court of Justice) formatında təşkil edilir və iştirakçılar beynəlxalq hüquq sahəsində bilik, hüquqi təhlil və çıxış bacarıqlarını nümayiş etdirirlər.

Digər komanda isə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Willem C. Vis Beynəlxalq Kommersiya Arbitraj Müsabiqəsində iştirak edir. Beynəlxalq ticarət hüququ sahəsində dünyanın ən nüfuzlu məhkəmə müsabiqələrindən biri hesab olunan bu yarışda Qarabağ Universiteti 5 tələbə ilə təmsil olunur.

Qeyd edək ki, tələbələrin beynəlxalq məhkəmə müsabiqələrinə hazırlığı universitetin müəllimləri, eləcə də Dövlət Proqramı çərçivəsində Kembric və Oksford universitetlərində təhsil almış Cavid Rəhimli və Sona Abdullayevanın rəhbərliyi və dəstəyi ilə həyata keçirilir.

Qarabağ Universiteti tələbələrinin bu cür nüfuzlu beynəlxalq müsabiqələrdə iştirakı universitetdə hüquq təhsilinin keyfiyyətinin, tələbələrin peşəkar hazırlıq səviyyəsinin və beynəlxalq platformalarda uğurla çıxış etmək potensialının göstəricisidir.

Fotogalereya

Əlaqəli Xəbərlər