Menyu

"Bayern Munhen" yeni baş məşqçini açıqladı

Əziz Əzizli
"Bayern Munhen" yeni baş məşqçini açıqladı
1 dəq oxu

"Bayern Munhen" baş məşqçi dəyişikliyini rəsmən açıqlayıb.

"Operativ Media" klubun saytına istinadən xəbər verir ki, Yulian Naqelsmann istefaya göndərilib, onu bu vəzifədə Tomas Tuhel əvəzləyib. Mütəxəssilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Bayern" Bundesliqada çempionluq mübarizəsini, Almaniya kuboku və Çempionlar Liqasında işirakını davam etdirir. Bundesliqada 52 xalla "Bavariya" lider "Borussiya"dan(Dortmund) 1 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb. Münhen təmsilçisi keçirdiyi son matçda Bundesliqada "Bayer"ə 1:2 hesabı ilə uduzmuşdu və liderliyi əldən vermişdi.

Xatırladaq ki, T.Tuhelin son klubu "Çelsi" olub

Əlaqəli Xəbərlər