http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DYP yol hərəkəti iştirakçılarına müraciət edib

25 Mart 2023 , 11:15
DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olmuşdur.

"Operativ Media" xəbər verir ki, tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.

Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq.

Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xətaidə keçmiş məhkum saxlanılıb, ondan marixuana və preqabalin həbi götürülüb

Xətaidə keçmiş məhkum saxlanılıb, ondan marixuana və preqabalin həbi götürülüb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayır

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayır

XƏBƏR LENTİ
  • 10:28

    Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
  • 10:25

    Xətaidə keçmiş məhkum saxlanılıb, ondan marixuana və preqabalin həbi götürülüb
  • 10:17

    "Apple" may ayında yeni cihazlarını təqdim etməyi planlaşdırır
  • 10:05

    İnterpol tərəfindən axtarışa verilən 2 nəfər Türkiyədə tutulub
  • 10:00

    "Telegram"dan necə pul qazanmaq olar?
  • 09:51

    Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayır
  • 09:49

    Xırdalanda 12 ədəd qumbara tapılıb - VİDEO
  • 09:44

    Satışa çıxarılan “Prius”ların sayı bir gecədə 3 dəfə artıb
Menyu