Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanov Avstriya - Azərbaycan oyunu haqqında danışıb.
"Operativ Media"ya açıqlama verən sabiq futbolçu bu matçda səviyyə fərqinin gorsəndiyini vurğulayıb.
"Millimiz güclü komandaya qarşı oynayırdı. Avstriya millisinin futbolçularını ayrı-ayrılıqda götürsək, hər biri Avropanın məşhur klublarında forma geyinir. Milli komanda bu oyuna yaxşı hazırlaşmışdı. Əllərindən gələni edib 90 dəqiqə mübarizə aparsalar da, komandaların səviyyə fərqi öz sözünü dedi. Belə komandalara qarşı xırda səhvlər də etmək olmaz. Hansı ki, Azərbaycan Premyer Liqasında belə səhvlər buraxsan rəqib komanda səni cəzalandırmaya bilər. Amma, milli səviyyəsində belə səhvlər bağışlanmır. Rəqibin ustalıq səviyyəsi o səhvləri qola çevirməyə imkan verir".
Gənc qapıçı Yusif İmanovdan da danışan R.Əmircanov onu sərt tənqid etməyin əleyhinə olduğunu bildirib.
"Yusif İmanovun milli komandada ilk oyunu idi. Beynəlxalq təcrübəsi yoxdur. Amma bütün səhvləri onun üzərinə atmaq doğru deyil. Düzdür, bəzi məqamlarda daha yaxşı çıxış edə bilərdi, amma təcrübəsinin az olması ona mane oldu. Gənc qapıçıdır, onun karyerası hələ qabaqdadır. Oyundan oyuna təcrübə toplayaraq daha yaxşı olacaq. İndidən onu sərt tənqid etməyin əleyhinəyəm. "Sabah" komandasının əsas qapıçısıdır, Premyer Liqada stabilliyi ilə seçilir. Kamran Ağayev də ilk vaxtlarında belə səhvlər edə-edə zamanla ölkənin 1 nömrəli qapıçısı oldu və uzun müddət bu adı qorudu. İnşallah milli komanda növbəti oyunda lazım olan nəticəni əldə etməyi bacaracaq"