Menyu

Nazir müavini: Lənkəran Peşə Təhsil Mərkəzi 30-a yaxın müəssisə ilə əməkdaşlıq edir

Əsəd Abbaslı
Nazir müavini: Lənkəran Peşə Təhsil Mərkəzi 30-a yaxın müəssisə ilə əməkdaşlıq edir

Lənkəran Peşə Təhsil Mərkəzi 30-a yaxın müəssisə ilə əməkdaşlıq edir, müasir ixtisaslar üzrə kadr hazırlayır.

Operativ Media xəbər verir ki, bunu Lənkəran Müasir Peşə Təhsil Mərkəzinə təşkil olunan infotur çərçivəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O, qeyd edib ki, Mərkəz Lənkəran-Astara iqtisadi regionu üçün xüsusi əhəmiyyət kəsb edir:

"Yeni infrastruktur ən müasir ixtisasların tədrisinə imkan yaradır. Mərkəzdə Alternativ enerji və IT texnologiyaları, Müasir sənaye sahələri, Kənd təsərrüfatında "Smart" (ağıllı) texnologiyaları tətbiqi mümkündür. Bu yanaşma həm tələbələrin, həm də yerli fermerlərin peşəkar bacarıqlarını təkmilləşdirməyə xidmət edir. Məqsəd tələbələrin məhsulun əkilməsindən bazara çıxarılmasına qədər olan bütün biznes proseslərində praktik iştirakını təmin etməkdir.

Yeddi korpusdan ibarət tədris kompleksində kulinariya, əkinçilik, emalatxana laboratoriyaları və istixana, kompüterləşdirilmiş avtotəmir və dəzgah idarəetmə mərkəzləri, hərbi hazırlıq kabineti, 300 nəfərlik akt zalı və zəngin kitabxana yaradılıb. Uzaq rayonlardan gələn tələbələr üçün 53 nəfərlik müasir yataqxana fəaliyyət göstərir.

Mərkəz kadr hazırlığı sahəsində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Müəssisədə təhsil ilk peşə, texniki peşə və yüksək texniki peşə pillələri üzrə həyata keçirilir. Bu da məzunların əmək bazarında rəqabətədavamlı mütəxəssis kimi yetişmələrinə təminat verir".


Fotogalereya

Əlaqəli Xəbərlər