Kənan Kərimzadə: Peşə təhsilində qadınlar üstünlük təşkil edir
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə peşə təhsilində qadınların üstünlük təşkil etdiyi ixtisaslarla bağlı statistik göstəriciləri açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur zamanı bildirib.
O bildirib ki, bəzi ixtisaslarda qadınların payı xeyli yüksəkdir.
Xüsusilə dayəlik sahəsində bu göstərici 100 faiz təşkil edir. Laboratoriya mikrobiologiyası (92%), moda dizaynı və geyim üzrə dizayn (91%), saç kəsimi və gözəllik xidmətləri (90%), qənnadçılıq (89%) kimi sahələrdə də qadınlar üstünlük təşkil edir.
Bundan əlavə, interyer dizaynı (81%), dərzilik (79%), sığorta işi (71%), qrafik dizayn (65%) və veb dizayn və proqram təminatı (60%) sahələrində də qadınların payı yüksək olaraq qalır.
Nazir müavini qeyd edib ki, bu göstəricilər peşə təhsilində əlçatanlığın artırılması və qadınların müxtəlif sahələrə cəlb olunması istiqamətində aparılan işlərin nəticəsidir.