Kənan Kərimzadə: Hazırda ölkədə 41 min nəfər peşə təhsili alır
Əsəd Abbaslı
Hazırda ölkədə 159 peşə təhsili müəssisəsində təxminən 41 min nəfər təhsil alır.
Operativ Media xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur zamanı bildirib.
Onun sözlərinə görə, peşə məzunların məşğulluq göstəriciləri yüksəkdir: 63,5 min nəfərin məşğulluğu müəyyən edilib, 25 min nəfər əmək bazarına daxil olub.
Nazir müavini qeyd edib ki, 64 yeni təhsil proqramı hazırlanıb və 111 min dərslik təmin olunub.
"Peşə təhsili infrastrukturu sürətlə yenilənir, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla yeni müəssisələr yaradılır və ümumilikdə 46 yeni emalatxana istifadəyə verilib". - deyə Kənan Kərimzadə vurğulayıb.