AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Ermənistan - Türkiyə matçından əvvəl azarkeşlər Türkiyə millisinə qarşı təxribat törədib.
"Operativ Media" türk insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, stadionda türkləri təhqir edən rok qrupu "System Of a Down"-un mahnılarını oxudurlar.
Bundan əlavə Türkiyə millisinin ölkəyə girərkən xeyli gözlədilməsi də vurğulanıb.