Menyu

Həftənin ilk üç günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk üç günü hava necə olacaq? - PROQNOZ

Gözlənilən hava şəraiti haqqında məlumat yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftənin birinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 27-si səhər yarımadanın bəzi yerlərində zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, 16-21° isti olacaq.

Azərbaycanın rayonlarında

Həftənin birinci günü, martın 27-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Martın 28-29-da havanın sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 6-10° isti, 17-22° isti, dağlıq rayonlarda gecə 1° şaxtadan 4° -dək isti , 5-10° isti olacaq.

 
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər