http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Maştağa qəsəbəsində evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs saxlanılıb

27 Mart 2023 , 11:07
Maştağa qəsəbəsində evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.


"Operativ Media" xəbər verir ki, bölməyə qəsəbə sakini Ramil Quliyevin yaşadığı evin zirzəmisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Polislər tərəfindən evə baxış zamanı həmin zirzəmidən Ramil Quliyevin kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 35 kiloqram olan 99 ədəd çətənə kolu, narkotik tərkibli bitkilərin toxumları və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, Ramil Quliyev evin zirzəmisində çətənə bitkilərinin yetişdirilməsi üçün xüsusi havalandırma və işıqlandırma sistemi yaradıb. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb. Ramil Quliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkib-becərdiyini bildirib. 


Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Maştağa qəsəbəsi, eləcə də Sabunçu rayonunun digər ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
Bakıda gənc oğlan bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Leyla Əliyeva Qəbələ rayonuna səfər edib

Leyla Əliyeva Qəbələ rayonuna səfər edib

XƏBƏR LENTİ
  • Dünən
    22:41

    İsrailin hərbi bazasına zərbələr endirilib
  • Dünən
    22:33

    “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlara 612 milyon dollar ayrılacaq
  • Dünən
    21:34

    Bakıda gənc oğlan bıçaqlanıb
  • Dünən
    21:23

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
    Sabah bəzi ərazilərdə qaz olmayacaq
  • Dünən
    20:11

    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
  • Dünən
    19:34

    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
  • Dünən
    19:13

    Hizbullah İsraili ittiham edir
  • Dünən
    18:59

    Aİ Macarıstanı Ukraynaya dəstək üçün razı sala bilməyib
Menyu