TTKF: 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib
Operativ Media
Təhsil Tələbə Krediti Fondu hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilmiş və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılmışdır.
Operativ Media xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.
Bildirilib ki, təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır.
"Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub".- Kənan Kərimzadə qeyd edib.