http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

27 Mart 2023 , 12:46
Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində quldurluq edilməsi ilə bağlı məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Abdul Əlislamov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs tanışı E.Kərimovu ötən ilin oktyabr ayında əllərini bağlayaraq fotoşəkillərini çəkib və yayacağı hədəsi ilə 5000 manat pul tələb edib, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıb.

Araşdırmalar zamanı A.Əlislamovun əmisinə məxsus ov silahını oğurlaması və qəbiristanlığın həyətindəki ziyarətgahda gizlətməsi də məlum olub.

Həmçinin məlum olub ki, A.Əlislamov həmkəndlilərinə məxsus iki baş iribuynuzlu heyvanı oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 3200 manat ziyan vurub.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Abdul Əlislamovun barəsində həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu