Menyu

AQTA: istehlaka yararsız qida məhsulları məhv edilib

Nərmin Qocamanlı
AQTA:  istehlaka yararsız qida məhsulları məhv edilib

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib.

"Operativ Media" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Milla Dairy" MMC-yə məxsus 7 adda, 13,125 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 59,92 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir", - məlumatda qeyd edilib.

Teqlər:

"AQTA: istehlaka yararsız qida məhsulları məhv edilib"

Əlaqəli Xəbərlər