Menyu

Sabunçuda açıq ərazi yanır

Nərmin Qocamanlı
Sabunçuda açıq ərazi yanır
1 dəq oxu

Bakının Sabunçu rayonunda açıq ərazi yanır.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlaqəli Xəbərlər