Menyu

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Redaksiya
Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Ağsu Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı hərəkətdə olan “VAZ” markalı avtomobilin dövlət nömrə nişanı standartlara uyğun olmadığı üçün sürücüsünə “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Həbib Həmidovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən H.Həmidovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, 400 manat məbləğində cərimələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər