Menyu

Yaponiyada tədqiqatçılar üçün təqaüd proqramı elan edilib

Operativ Media
Yaponiyada tədqiqatçılar üçün təqaüd proqramı elan edilib

Yaponiyanın Matsumae Beynəlxalq Fondu tərəfindən təbiət elmləri, mühəndislik, tibb və kənd təsərrüfatı sahələri üzrə tədqiqat aparan gənc tədqiqatçılar üçün təqaüd proqramı elan edilir.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Sözügedən proqram çərçivəsində 15 nəfərədək tədqiqatçıya təqaüd ayrılması nəzərdə tutulur. Təqaüd qazanan şəxslərə 2027-ci ilin iyun ayından 2028-ci ilin mart ayınadək Yaponiyada elmi-tədqiqat fəaliyyəti aparmaq imkanı yaradılacaq.

Proqrama müraciət üçün son tarix 30 iyun 2026-cı il müəyyən edilib.

Təqaüd proqramının şərtləri, qəbul qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumatla rəsmi elan vasitəsilə tanış olmaq mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər