Menyu

“WorldSkills Azerbaijan” aşpazlıq üzrə milli yarışın qalibi müəyyənləşib

Operativ Media
“WorldSkills Azerbaijan” aşpazlıq üzrə milli yarışın qalibi müəyyənləşib

15 aprel 2026-cı ildə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən aşpazlıq üzrə milli yarış uğurla başa çatıb.

Bu barədə Operativ Media-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yarışın əsas məqsədi peşəkar kulinar bacarıqlarının obyektiv qiymətləndirilməsi, milli mətbəxin müasir təqdimatının təşviqi, beynəlxalq yarışlar üçün layiqli namizədin seçilməsi və peşə təhsilinin inkişafına töhfə verməkdir. Yarış “Live Cooking Competition” formatında keçirilib və iştirakçılar 180 dəqiqə ərzində üç kateqoriya üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Ümumilikdə 4 iştirakçı yarışda öz gücünü sınayıb.

Yarış nəticələrinə əsasən Cavid Məmmədov I yerə layiq görülüb. Qalib iştirakçı Azərbaycan Respublikasını beynəlxalq “WorldSkills Shanghai 2026” yarışında təmsil edəcək.

Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı iştirakçıların peşə bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan yarış formatıdır və bununla yanaşı, qlobal standartların və əmək bazarının tələblərinin təhsil sisteminə inteqrasiyasını təşviq edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər