http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Şəmkirdə civə satmaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Mart 2023 , 10:57
Şəmkirdə civə satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla respublika ərazisinə gətirilmiş insan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Hacıqabul rayon sakini İbrahim İbrahimovun sosial şəbəkə vasitəsi ilə tanımadığı əcnəbi vətəndaş ilə cinayət əlaqəsinə girərək Şirvan rayonu ərazisində gizlədilmiş civəni Şəmkir rayonuna gətirməsi və orada 200 min manata satmaq istəməsi məlum olub. Şübhəli şəxs saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib və üzərindən 2 ədəd şüşə qabda ümumi çəkisi 1 kq 700 qram olan civə aşkarlanaraq götürülüb. Aşkar edilən maddi sübut müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
Menyu