Menyu

FHN təhlükəli kranın fəaliyyətini dayandırıb - VİDEO

Nərmin Qocamanlı
FHN təhlükəli kranın fəaliyyətini dayandırıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-nin saytında bildirilib.

Bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 16-cı kilometr ünvanında yerləşən “Kaspian Speşialist Servises” QSC-yə məxsus körpülü kranda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı göstərilən ünvanda aparılan işlərlə əlaqədar körpülü kranın istismarı zamanı texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, agentliyin mütəxəssisləri tərəfindən qayda pozuntuları aradan qaldırılanadək körpülü kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər