Bakı Slavyan Universitetində IV Beynəlxalq İnklüziv Təhsil Konfransı Keçirilib
Operativ Media
Aprelin 16-da Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransı keçirilib.
Operativ Media xəbər verir ki, tədbirdə çıxış edən Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov bildirib ki, inklüziv cəmiyyətin formalaşması təhsillə məhdudlaşmamalıdır.
Onun sözlərinə görə təhsildən sonra insanların işlə təmin olunması, cəmiyyətdə öz yerini tapması ən vacib məsələlərdəndir. Murad Dadaşov vurğulayıb ki, bərabər imkanların yaradılması və inklüziv mühitin qurulması hər bir fərdin inkişafı üçün əsas şərtdir.