http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb

28 Mart 2023 , 14:20
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Media" verilən məlumata görə, martın 27-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 16 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/4095 linkində tanış olmaq olar.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
Menyu