http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Havanın temperaturu 5-10° aşağı enəcək - XƏBƏRDARLIQ

28 Mart 2023 , 17:13
Havanın temperaturu 5-10° aşağı enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Belə ki, martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir.

Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

OXŞAR XƏBƏRLƏR
Ölkə üzrə faktiki hava şəraiti açıqlanıb

Ölkə üzrə faktiki hava şəraiti açıqlanıb

Armen Qriqoryan: Türkiyə ilə sərhədi açmağa hazırıq

Armen Qriqoryan: Türkiyə ilə sərhədi açmağa hazırıq

Azərbaycanda avtomobillərin ölkə ərazisində törətdiyi qəzaların keçmişinə baxmaq mümkün olub

Azərbaycanda avtomobillərin ölkə ərazisində törətdiyi qəzaların keçmişinə baxmaq mümkün olub

XƏBƏR LENTİ
  • 10:15

    Ölkə üzrə faktiki hava şəraiti açıqlanıb
    Ölkə üzrə faktiki hava şəraiti açıqlanıb
  • 09:57

    Türkiyədə mikroavtobus aşıb: 2 nəfər ölüb, 13 nəfər yaralanıb
  • Dünən
    23:50

    İsrail ordusu "Hizbullah"ın 200-ə yaxın obyektinə hücum edib
  • Dünən
    22:59

    FHN-in Mülki müdafiə qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub
  • Dünən
    22:09

    Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər
  • Dünən
    21:26

    “Boeing” şirkəti işçilərinin 10%-ni ixtisar edəcək
  • Dünən
    20:58

    Şotlandiyanın keçmiş birinci naziri vəfat edib
  • Dünən
    20:53

    Armen Qriqoryan: Türkiyə ilə sərhədi açmağa hazırıq
Menyu