Menyu

Əli Nağıyev: Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır

Redaksiya
Əli Nağıyev: Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır

Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.

"Operativ Media" xəbər verir ki, bunu DTX rəisi general-polkovnik Əli Nağıyev DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır”, - DTX rəisi qeyd edib.

DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər