Menyu

Kəlbəcərdə traktor aşıb, sürücü xəsarət aldı

Kəlbəcərdə traktor aşıb, sürücü xəsarət aldı

Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat yayıb.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayon sakini 1968-ci il təvəllüdlü Feyruz Bayramov Naftalan şəhər Yol İdarəsinə məxsus traktor ilə qar uçqunu altında qalmış yolun açılması zamanı aşmış və nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb.

Dərhal sürücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı tromotik amputasiya edilib. Faktla bağlı araşdırmalar davam etdirilir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər