Menyu

Ali təhsil müəssisələrinə qəbulda keçid balları enəcək?

Ayşən Sadıxzadə
Ali təhsil müəssisələrinə qəbulda keçid balları enəcək?

11-ci sinif buraxılış imtahanlarının nəticələri elan olunduqdan sonra abituriyentlər arasında gərgin və qarışıq hisslər yaşanmaqdadır. İmtahan suallarının gözləniləndən daha çətin olması bir çox gəncin ali məktəbə qəbul olmaq ümidlərini sarsıdıb.

Operativ Media xəbər verir ki, mövzu ilə bağlı "İTV Xəbər"ə danışan təhsil eksperti Ramin Nurəliyev qəbul sistemində dəyişikliklərin zəruri olduğunu bildirib.

Ekspertin fikrincə, ali məktəblərə qəbul prosesi asanlaşdırılmalı, lakin universitetlərdəki təhsil səviyyəsi daha ciddi və tələbkar məcrada qurulmalıdır. O qeyd edib ki, buraxılış imtahanları təkcə qəbul üçün deyil, həm də attestat qiyməti və xaricdə təhsil kimi məqsədlər üçün nəzərdə tutulduğundan, daha sadə və əlçatan olmalıdır.

DİM-in şöbə müdiri Xanlar Xanlarzadə isə məsələyə rəsmi yanaşma sərgiləyərək keçid ballarının formalaşma mexanizmini izah edib. O bildirib ki, balların yüksəlməsi və ya enməsi birbaşa abituriyentlərin sayı və ayrılmış plan yerlərindən asılıdır.

Onun sözlərinə görə, qəbul sisteminin təməlində rəqabət prinsipi dayanır. Məsələn, hər hansı ixtisas üzrə 25 yer nəzərdə tutulubsa, həmin yerləri ən yüksək nəticə göstərən ilk 25 nəfər tutur. Bu mühitdə hətta 1 ballıq fərq belə abituriyentin taleyini dəyişə bilər, çünki qəbul prosesi tamamilə ayrılmış yerlərin sayına əsaslanır.

Ətraflı:

Əlaqəli Xəbərlər