Menyu

Bağçalara müdir vəzifəsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb

Redaksiya
Bağçalara müdir vəzifəsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Operativ Media xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bildirilib ki, 30 aprel tarixindən etibarən test imtahanı mərhələsindən uğurlu keçmiş namizədlər üçün müsahibə mərhələsinə başlanılması nəzərdə tutulur.

Müsahibələr müvafiq regional təhsil idarələri tərəfindən keçiriləcək, müsahibənin tarixi və məkan ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər