Narkotikin təsiri altında avtomobil idarə edən 2 nəfər sürücülük hüququndan məhrum edilib
Nərmin Qocamanlı
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İmişli rayon sakini Hüseyn Hüseynzadənin idarə etdiyi “Mercedes” və Lənkəran rayon sakini Ağasəlim Məmmədzadənin idarə etdiyi “Khazar” markalı avtomobillər Abşeron rayonu ərazisində saxlanılıblar.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən hər iki sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 327, 332, 333, 342-ci maddələri ilə protokollar tərtib edilib.
Məhkəmənin qərarı ilə Hüseyn Hüseynzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətində inzibati qaydada həbs, Ağasəlim Məmmədzadə isə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimə olunublar.
Teqlər:
"Narkotikin təsiri altında avtomobil idarə edən 2 nəfər sürücülük hüququndan məhrum edilib "