FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 15:00 radələrində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən paytaxtın Səbail rayonu ərazisində yerləşən Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim baş tutacaq.
Təlimə nazirliyin DYMX-nin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net