Menyu

Sabah bəzi yerlərdə intensiv yağış yağacaq

Redaksiya
Sabah bəzi yerlərdə intensiv yağış yağacaq

Azərbaycanda martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 15-18° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-11°, gündüz 17-22° isti, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacağı bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər