Britaniyanın baş naziri Liz Trass istefa verib.
"Operativ Media" xəbər verir ki, o, “10 Downing Street” qarşısında açıqlama verib. Liz Trass mandatını yerinə yetirə bilməyəcəyini etiraf edib. O, Kral Çarlzla da danışdığını, qərarı barədə ona məlumat verdiyini bildirib.
Qeyd edək ki, Lisa Trass yeni hökümət başçısı seçilənə qədər vəzifəsində qalacaq.
Xatırladaq ki, Trass Böyük Britaniya tarixində ən qısamüddətli (cəmi 45 gün) Baş nazir kimi yadda qalacaq.