Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb - YENİLƏNİB
Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
21:45
Keçmiş Şəki Rayon Uşaq Xəstəxansının inzibati binasında yanğın başlayıb.
"Operativ Media" xəbər verir ki, axşam saat 19:36 radələrində Şəki şəhəri M. F. Axundov küçəsində hazırda fəaliyyət göstərməyən Şəki Rayon Uşaq Xəstəxansının inzibati binasında yanğın başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Teqlər:
"Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb - YENİLƏNİB"