Menyu

Ağstafada yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb

Redaksiya
Ağstafada yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb
1 dəq oxu

Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
 
"Operativ Media" xəbər verir ki, martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində  2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İstintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Əlaqəli Xəbərlər