http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Qanunsuz odlu silah saxlayan Nardaran sakini saxlanılıb

30 Mart 2023 , 10:33
Qanunsuz odlu silah saxlayan Nardaran sakini saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Əbdüləli Əbdülov saxlanılıb.
Araşdırmalarla onun odlu silahı torpağa basdıraraq gizlətdiyi müəyyən olunub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, davam etdirilən tədbirlərlə polis əməkdaşları tərəfindən onun qəsəbə ərazisindəki Ləhic bağlarında torpağa basdıraraq gizlətdiyi nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı və içərisində 23 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu