http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Şirvanda 3,5 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

30 Mart 2023 , 11:14
Şirvanda 3,5 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı 7 nəfər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Ceyhun Qurbanov, Elşən Hacıyev, Zabit Abbasov, Mehman Hüseynov, Mirkazım Ağami, Həsənağa Ələkbərov və Sabirabad rayon sakini Mirzağa Əliyev olduqları müəyyən edilib.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı C.Qurbanovdan 440 qram, E.Hacıyevdən 475 qram,  Z.Abbasovdan 440 qram, M.Hüseynovdan 450 qram, M.Ağamidən 470 qram, M.Əliyevdən 445 qram marixuana aşkar edilərək götürülüb. 

Saxlanılan H.Ələkbərovdan üzərinə keçirilən baxış zamanı isə 21 qramdan artıq heroin və elektron tərəzi aşkarlanıb. Bundan əlavə davam etdirilən tədbirlərlə sonuncunun şəhər ərazisində gizlətdiyi daha 800 qramdan heroin də aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu