http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

DYP ətraf mühitin qorunması ilə bağlı əhaliyə ​müraciət edib

30 Mart 2023 , 11:26
DYP ətraf mühitin qorunması ilə bağlı əhaliyə ​müraciət edib

Təəssüf ki, hələ də avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinə rast gəlinir. Mütəxəssislərin bildirdiyinə görə bu gün respublikamızda atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən çoxu məhz avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

"Operativ Media" xəbər verir ki, bu barədə ​DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə ​DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə mütəmadi olaraq tədbirlər görülür, «Təmiz hava» aylıqları keçirilir. Priventiv əhəmiyyət kəcb edən belə​ tədbirlər zamanı atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması ilə yanaşı, sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasına xüsusi önəm verilir.

Cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırırıq.

Bununla yanaşı, əhaliyə müraciət edərək onlardan avtomobilləşmənin doğurduğu acı nəticələri nəzərə alaraq, zərurət olmadıqda avtomobildən istifadəni azaltmağı, ictimai, eyni zamanda alternativ nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməyi xahiş edir, piyada hərəkətin faydalarından yararlanmağı tövsiyə edirik.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu