Menyu

Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib

Operativ Media
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, müsabiqəyə ümumilikdə 1026 layihə təqdim edilib. Daxil olan layihələrin 30-u (3%) ümumi təhsil müəssisələrinin, 996-sı (97%) təhsilverənlərin fərdi layihələridir.

Cari müsabiqə iştirakçılarının 367-si (36%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 10-u “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 357-si “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə və Ağstafadan daxil olub.

Qeyd edək ki, X qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər