Ana səhifə / Ölkə / Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq 30.03.2023, 12:34 Nərmin Qocamanlı Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. "Operativ Media"nın xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir. Agentlik sürücülərə qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etməyi tövsiyə edir. Teqlər: "Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq"